Avropa Mərkəzi Bankı baza faiz dərəcəsini dəyişməz saxlayıb

Avropa Mərkəzi Bankı baza faiz dərəcəsini 0% səviyyəsində saxlayıb, qısamüddətli kreditlər üzrə faiz dərəcəsi 0.25% təşkil edir.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Tənzimləyicinin verdiyi məlumata görə, bankın idarə heyəti inflyasiya 2%-dən aşağı düşənə qədər dərəcələri bu səviyyədə saxlamaq niyyətindədir.

Bununla yanaşı, qiymət sabitliyini dəstəkləyən digər tədbirlər də təsdiq edilib. Xüsusilə, hər ay 20 milyard avro dəyərində aktivlərin geri alınması (APP) və “pandemiya” bondlarının alışının (PEPP) 2022-ci ilin martına qədər həyata keçirilməsi planlaşdırılır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.