Avropa Mərkəzi Bankı özünün virtual valyutasını buraxmaq niyyətini açıqlayıb

0
Avropa İnvestisiya Bankı

Avropa Mərkəzi Bankı (AMB) özünün virtual valyutasını buraxmaq, həmçinin kriptovalyutaya tətbiq olunan metodları yenidən nəzərdən keçirilmək niyyətini açıqlayıb. Bu haqda Aİ-nin sənədinin layihəsinə istinadən Reuters xəbər verir.

“Avropa Mərkəzi Bankı və Avropa İttifaqının digər mərkəzi bankları virtual valyutanın buraxılması ilə bağlı imkanları və problemləri, o cümlədən bu istiqamətdə konkret addımların nəzərdən keçirilməsini səmərəli şəkildə araşdıra bilərlər”, – deyə agentliyə təqdim olunan sənəd layihəsinin mətnində deyilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Sənəd layihəsində risk yarada biləcək layihələrin mümkün qadağası da daxil olmaqla, kriptovalyutalar üçün ortaq metodologiyanın işlənib hazırlanmasının zəruriliyi bildirilir. Agentliyin verdiyi məlumata görə, layihə Finlandiyanın Aİ-da sədrliyi ilə hazırlanıb dəyişdirilə bilər.

Sənədin mətni Avropa İttifaqının maliyyə nazirləri arasında müzakirə edilir, dekabrın 5-də təsdiq ediləcəyi güman edilir.

Xatırladaq ki, bir çox ölkələrin tənzimləyiciləri “Facebook” un “Libra” valyutasına qarşı mənfi münasibət bəsləyirlər və onun mənfi nəticələrinin qarşısını almaq üçün əlindən gələni etməyə çalışırlar.