28 C
Baku
Saturday, July 27, 2024

Avropa Mərkəzi Bankı rəqəmsal avro layihəsini işə salıb

Avropa Mərkəzi Bankı (AMB) rəqəmsal avronun yaradılması istiqamətində ilk addımını atıb. Tənzimləyicinin veb-saytında verilən məlumata görə, tədqiqat iki il davam edəcək.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bu müddət ərzində inkişafetdiricilər funksional dizayn məsələlərini həll edəcək və rəqəmsal avronun istifadə sahələrini araşdıracaq.

Rəqəmsal avro həm vətəndaşların ehtiyaclarını ödəməlidir, həm də qeyri-qanuni fəaliyyətin qarşısını almalıdır. Bununla yanaşı, layihə vasitəsilə maliyyə sabitliyini, o cümlədən pul-kredit siyasətini gücləndirmək planlaşdırılır.

Vurğulandığı kimi, rəqəmsal valyutanın yaradılmasında AMB və Avropanın digər banklarının daha əvvəl keçirdiyi təcrübələr kömək edəcək. Məsələn, bu təcrübələr mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş elementləri birləşdirmək mümkün olduğunu göstərib.

Rəqəmsal avro istifadəçilərə mal və xidmətlərə görə nağdsız ödəniş etməyə imkan verəcək. Xatırladaq ki, bu gün bir çox ölkə (Çin, Rusiya və s.) öz rəqəmsal valyutasını yaratmaq istəyir. Rusiya Mərkəzi Bankı rəqəmsal rublu 2022-ci ilin əvvəlində 12 bankda sınaqdan keçirməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər