36 C
Baku
Tuesday, August 16, 2022

“Avropa Mərkəzi Bankının qərarı manatı dollara qarşı gücləndirəcək”

Avropa Mərkəzi Bankı qərarını verdi. Bank depozit dərəcəsinin neqativ 0,2 faizdən neqativ 0,3 faizə endirdi. Eyni zamanda, xarici investorların gözləntilərindən fərqli olaraq qədim qitənin əsas bankı çox da aqressiv olmayan planını bəyan etdi.

İqtisadçı Vüqar Bayramov Modern.az saytına deyib ki, sözügedən bankın gözlənilməz qərarı valyuta bazarını, sözün həqiqi mənasında silkələyib:

“1,06 dollara təklif edilən avro artıq 1,093 dollara satılır. Bu, cəmi bir gündə avronun 3 faiz bahalaşması deməkdir”.

Ekspertin fikrincə, avronun dünya bazarında möhkəmlənməsi manata dollar qarşısında müəyyən “güc” verəcək: “Avronun dollara nisbətən möhkəmlənməsi milli valyutamızın avroya nisbətən zəifləməsinə, əksinə dollara nisbətən müqayisəli güclənməsinə səbəb olacaq.

Bu baxımdan, Azərbaycan Mərkəzi Bankı yenidən son 1 ayda ilk dəfə olaraq manatı dollara nisbətən hiss edilən faizlə möhkəmləndirib. Avronun dünya bazarında möhkəmlənməsinin davam edəcəyi halda isə mövcud məzənnəsi siyasəti çərçivəsində milli valyutamız dollara nisbətən yenidən müqayisəli güclənə bilər”.

Son xəbərlər
Oxşar xəbərlər