17 C
Baku
Friday, May 3, 2024

Avropa Məhkəməsi Ermənistanın Azərbaycanla bağlı tələbini rədd etdi

İyunun 21-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İHAM) terrorçuluq, dövlət sərhədini qanunsuz keçməkdə və digər cinayətlərdə təqsirləndirilən iki erməni hərbi qulluqçusu ilə bağlı Ermənistanın Azərbaycana qarşı müvəqqəti təmin tədbiri tətbiq edilməsinə dair tələbini rədd edib.

Bu barədə Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bildirib.

“Ermənistan öz tələbində yuxarıda qeyd olunan iki hərbi qulluqçunun Azərbaycanda guya İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncələrin qadağan edilməsi) maddələrinə zidd olan rəftara məruz qaldıqlarını iddia etmişdir. Bununla bağlı, Azərbaycan tərəfi erməni hərbçilərinin Avropa Konvensiyası ilə qorunan hüquqlarının lazımi qaydada təmin edildiyi, onların həyat və sağlamlığı üçün heç bir təhlükənin olmadığı barədə müvafiq arqumentlər və sübutları İHAM-a təqdim etmişdir. İHAM Azərbaycan tərəfinin mövqeyinə əsaslanaraq, Avropa Məhkəməsi Reqlamentinin 39-cu qaydasına uyğun olaraq, Ermənistanın Azərbaycana qarşı müvəqqəti təmin tədbirinin tətbiqi ilə bağlı müraciətini rədd etmişdir”, – o qeyd edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər