Bu barədə TASS agentliyi məlumat yayıb.
“Avro əskinaslarının və ya digər Aİ valyutalarının Rusiyaya idxalına qoyulan qadağa, bu vəsaitlərin səhiyyə xidmətlərinin ödənilməsi üçün nəzərdə tutulduğu hallara da şamil edilir”, – məhkəmənin qərarında deyilir.
İddia Almaniya hakimiyyəti tərəfindən 2023-cü ildə Frankfurt hava limanında Rusiyaya tranzitlə uçan sərnişindən 15 min avro müsadirə edildikdən sonra açılıb. O, bu pulu stomatoloji xidmətlərə və protezlərə xərcləmək istəyib.
Almaniya hakimiyyəti Aİ-nin Rusiyaya nağd avronun idxalını qadağan edən tənzimləməsini əsas gətirərək hava limanında gömrük işçilərinin hərəkətlərinə haqq qazandırıb.
Qeyd edək ki, bu qadağa pulun Rusiya Federasiyasının Ukraynadakı müharibənin maliyyələşdirilməsinə sərf olunmasının qarşısını almaq üçün tətbiq edilib.