6 C
Baku
Monday, December 16, 2024

Avropa Mərkəz Bankı avrozona banklarına 100 mlrd. avroya yaxın kredit ayrıb

Avropa Mərkəz Bankı (ECB) uzunmüddətli yenidən maliyyələşdirmə əməliyyatları(TLTRO-III) çərçivəsində kredit proqramının ikinci mərhələsini həyata keçirib.

Qurum avrozona banklarını 97,7 milyard avro kredit verib.

İllik faiz dərəcəsi 0-0,5% arasında dəyişən 3 illik kreditlərə 122 bankdan sifariş daxil olub.

Xatırladaq ki, ilk “TLTRO-III” əməliyyatı bu il sentyabrın 19-da həyata keçirilmışdı.

©Report

Son xəbərlər
Digər xəbərlər