“Avropa Mərkəzi Bankı (ECB) iqtisadi qeyri-müəyyənlik və artan faiz dərəcələri fonunda Avropa İttifaqının (Aİ) ən həssas ölkələrinə dəstək olmaq üçün bu dövlətlərdən milyardlarla avroluq dövlət istiqrazları alıb”.
Bu barədə “Financial Times” məlumat yayıb.
Nəşr bildirib ki, ECB mart ayında təcili istiqraz alışı proqramını bitirib, lakin emitentlərdən alınan vəsaitləri yenidən investisiya etməyə davam edir: “İyun və iyul aylarında tənzimləyici İtaliya, İspaniya və Yunanıstanın dövlət istiqrazları bazarına 17 milyard avro maliyyə vəsaiti buraxıb”.
Ümumiyyətlə, Avropa Mərkəzi Bankı avrozonanın daha çox və daha az zəngin iqtisadiyyatları arasında genişlənən uçurumun qarşısını almağa ümid edir.