8 C
Baku
Friday, December 13, 2024

Avropa Mərkəzi Bankı: “Avrozonada inflyasiya artır”

“Avrozonada inflyasiya getdikcə artır, iqtisadi artım isə yavaşlayır, çünki avrozona Ukraynadakı münaqişə səbəbindən çətinliklərlə qarşılaşır”.

Bunu Avropa Mərkəzi Bankının (ECB) vitse-prezidenti Luis de Qindos deyib.

“III və IV rüblərdə iqtisadi artımın əhəmiyyətli dərəcədə yavaşlayacağını gözləyirik. Hətta iqtisadi artım tempinin sıfıra yaxınlaşmasının şahidi ola bilərik”, – o vurğulayıb

Vitse-prezidentin sözlərinə görə, sentyabrda inflyasiya 9,6 %-ə qədər yüksələ bilər və bu, rekord göstərici olacaq.

Xatırladaq ki, ECB sentyabr iclasında uçot dərəcəsini 75 baza bəndi artırıb. Bu, isə avrozonada inflyasiyanın, təqribən, son 50 ilin ən yüksək səviyyəsinə çatması ilə nəticələnib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər