Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir

Avrozonanın kommersiya bankları çətin günlərlə üzləşəcək.

Avropa Mərkəzi Bankı ənənəvi maliyyə sabitliyi icmalının verdiyi məlumata görə, bu vəziyyət ən azı 2021-ci ili əhatə edəcək.

İcmala əsasən, bank sektorunun mənfəətinin 2019-cu ilin səviyyəsinədək bərpası 2022-ci ildən tez olmayacağı proqnozlaşdırılır.

Öz növbəsində, sözügedən vəziyyət bu müddətdə borcvermə potensialını azaltmaqla bütün Avropa iqtisadiyyatının vəziyyətinə mənfi təsir göstərəcək.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər