Avrozonunın mərkəzi bankı ECB sentyabr ayının toplanıtısı bu gün, ayın 9-cu günü gerçəkləşib.
Banker.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ACB) faiz dəyişikliyinə getməyib. İdarə heyəti yenidənmaliyyələşmə faizini 0%-də, marjinal borcvermə faizini isə 0.25% və depozit faizini isə -0.5%-də saxlayıb.
Qərar sonrası avro ABŞ dolları qarşısında xeyli möhkəmlənib. EUR/USD cütlüyünün məzənnəsi sessiya ərzində 0.0014 dollar, yaxud 0.12% 1.1834 səviyyəsinə qədər artıb.
Ümumilikdə, bu isə ABŞ valyutasının indeksinin zəifləməsini tətikləyib. Altı əsas valyuta qarşısında dolların indeksi 92.540 bəndə düşüb. Bu da günlük 0.12% azalma deməkdir.