Avropa Mərkəzi Bankı tarixi maksimum inflyasiyaya rəğmən uçot faiz dərəcəsini gözlənildiyi kimi dəyişməz saxladı.
Banker.az bu barədə ECB-nin rəsmi səhifəsinə istinadən xəbər verir.
Beləliklə, ECB uçot faiz dərəcəsini 0% dərəcəsində sabit saxlanılıb. Fazilərin yuxarı həddi 0.25% aşağı həddi isə mənfi 0.50% təşkil edib.
Qeyd edək ki, ECB 2014-cü ildən bu tərəfə 0 uçot faiz dərəcəsi siyasətini aparır.
Bu gün bankın rəhbəri Kristin Laqard faiz artımı ilə bağlı artıma gedilə biləcəyinə dair siqnallar verəcəyi gözlənilir.
Avropa Mərkəzi Bankı cümə axşamı mənfi faiz dərəcələrindən planlaşdırılan çıxışını sürətləndirmək üçün təzyiqlərə müqavimət göstərərək əsas faiz dərəcələrini iyulda cəmi 25, sentyabrda isə daha 25 baza bənd artıracağını gözlədiyini bildirib.