12 C
Baku
Monday, November 18, 2024

Avropa Mərkəzi Bankı faizi kəskin artırdı

Avropa Mərkəzi Bankı uçot faiz dərəcəsini 75 baza bəndi, yəni 0.75 faiz bəndi artırıb.

Banker.az ECB-yə istinadən xəbər verir ki, uçot faiz dərəcəsi proqnozlaşdıldığı kimi 0.50%-dən 1.25%-ə qaldırılıb.

ECB bununla ölkədə tarixi rekord vuran 9.1%-lik inflyasiyanı cilovlamaq istəyir. Avropanın Şərq hissəsində olan Estoniya, Latviya və Litvada illik inflyasiya 20% üzərinə yüksəlib.

Qeyd edək ki, bundan öncəki 21 iyul iclasında Avropa Mərkəzi Bankı uçot faiz dərəcəsini 0.00%-dən 0.50% bəndə qaldırılmışdı.

Son xəbərlər
Digər xəbərlər