10 C
Baku
Tuesday, November 26, 2024

Avropa Mərkəzi Bankı gözləntiləri doğrultmadı

Avropa Mərkəzi Bankı Avrozona iqtisadiyyatının stimullaşdırılması üzrə tədbirləri genişləndirir. ANS PRESS-in məlumatına görə, banklar üçün depozit dərəcəsi 0.3 faizə qədər endirilib, təkrar maliyyələşdirmə dərəcəsi isə əvvəlki kimi sıfırlıq göstəricidə qalıb. Mərkəzi Bankı başçısı Mario Draqi mətbuat konfransında bildirib ki, stimullaşdırıcı proqram 2017-ci ilin mart ayına kimi davam etdiriləcək, lazım gələrsə müddəti uzadılacaq.
Hazırda tənzimləyici sözü gedən proqram əsasında aktivlərin alınmasına hər ay 60 milyard yaxın pul xərcləyir. Habelə Draqi bildirib ki, bahar aylarında proqramın texniki meyarlarına yenidən baxıla bilər.

Ekspertlər Avropa Mərkəzi Bankından monetar siyasətin yumşaldılmasını gözləyirdi. Belə ki, Draqinin rəhbəri olduğu bankına təşəbbüslərinə baxmayaraq, Avrozonada inflasiya kəskin şəkildə azalıb, 0.1 faizə çatıb. Bu vahid valyuta zonasının iqtisadiyyatı üçün heç də yaxşı göstərici deyil.

Mərkəzi Bankın əsas hədəfi inflasiya səviyyəsini 2 faizə qaldırmaqdır. İnvestorlar Mərkəzi Bankın qərarından heç də razı qalmayıb. Onlar tənzimləyicidən daha qəti addımlar gözləyirdi. Avropa Birliyinin Fond Birjaları cümə axşamı bu xəbərə həssas reaksiya göstərərək, 3.5 faizə qədər geriləyib. Valyuta bazarlarında isə əksinə olaraq, elən olunan stimullar euronun bahalaşmasına səbəb olub.

Dollarla müqayisədə avro 3 faiz bahalaşıb və 1 avro 1.09 dollara satılıb. Eyni vəziyyət Rusiya valyuta bazarında da müşahidə olunub. Avronun kursu 74 rubla çatıb.

Son xəbərlər
Digər xəbərlər