Avropa Mərkəzi Bankının (ECB) icra heyətinin üzvü Fabio Panetta kriptoaktivləri “təhlükəli heyvanlar” adlandırıb.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Onun sözlərinə görə, kriptoaktivləri tənzimləmək və idarə etmək çətindir. Tənzimləyici rəqəmsal avronun istifadəyə verilməsinin kriptovalyutaların yaratdığı təhdidləri əks etdirməyə kömək edəcəyinə ümid edir.
Panettanın bu açıqlamaları “Financial Times” qəzetində səsləndirilib. O, kriptoaktivlərin təhlükəli olmasını onların əsasən cinayət işləri üçün istifadə edildikləri və çox miqdarda enerji istehlak etdikləri ilə izah edir.
Mütəxəssis hesab edir ki, rəqəmsal avronun tətbiqi istehlakçı məxfiliyini artıracaq, çünki mərkəzi banklar fərdi məlumatları özəl şirkətlərlə müqayisədə daha yaxşı qoruya bilirlər. Xatırladaq ki, 2020-ci ilin payızında Avropa Mərkəzi Bankı avro zonası üçün kriptovalyutanın buraxılması ssenarilərini açıqlayıb. Bunlara aiddir: elektron ödəmələrə tələbin kəskin artması, özəl rəqəmsal valyutaların tətbiqi, milli valyutaların kütləvi buraxılışı və nağd pula tələbin kəskin azalması.
2021-ci ilin yanvarında Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard bitkoini spekulyativ aktiv adlandırıb. Onun sözlərinə görə, bu kriptovalyuta tənzimləməyə ehtiyac duyur, çünki çirkli pulların yuyulmasında istifadə olunur.
Daha əvvəl Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina da müsahibədə spekulyativ kriptovalyutalara yatırım etməyin ən təhlükəli strategiya olduğunu söyləyib. “Qiymət tez-tez dəyişir, itkilər çox böyük ola bilər. Mərkəzi Bank heç vaxt pullarınızı hara yatırmalı olduğunuzu tövsiyə etmir, lakin bu halda – dəqiq lazım deyil”, – deyə mütəxəssis bildirib.
Xatırladaq ki, iyunun əvvəlində Salvador bitkoini rəsmi valyuta kimi tanıyıb.