-1 C
Baku
Sunday, December 15, 2024

Avropa Mərkəzi Bankı rəqəmsal avronu 2025-ci ilə qədər buraxmağı planlaşdırır

Avropa Mərkəzi Bankının rəhbəri Kristin Lagard maliyyə requlyatorun rəqəmsal avronu önümüzdəki on ilin ortalarında buraxacağını gözləyir.

Banker.az xarici KİV-ə istanədən xəbər verir ki, Lagard bu barədə “Bloomberg TV”yə verdiyi müsahibədə bildirib.

“Bunu düzgün etdiyimizdə əmin olmalıyıq – bu, avropalılar qarşısında borcumuzdur”, – deyə Lagard qeyd edib. Bununla birlikdə, o, realist qalmağın lazım olduğu da əlavə edib. “Mənim fikrimcə, rəqəmsal avronun istifadəyə verilməsi daha dörd il çəkəcək, bəlkə də bir az daha çox”, – deyə Avropa Mərkəzi Bankının rəhbəri vurğulayıb.

Lagard rəqəmsal avronun tətbiqi ilə bağlı on altı at və ya bir il sonra qərar veriləcəyini əlavə edib. “Bu həm texniki bir layihə, həm də əsaslı bir dəyişiklikdir”,- deyə o söyləyib. Mütəxəssisin fikrincə, bu təşəbbüs “mövcud sistemin sıradan çıxmasına səbəb olmamalıdır, əskinə onu təkmilləşdirməlidir”. Xatırladaq ki, hal-hazırda bir sıra ölkələrin mərkəzi bankları rəqəmsal valyutaların inkişafının müxtəlif mərhələlərindədirlər.

Martın 25-də keçirilmiş Avropa Birliyi sammiti avronun beynəlxalq rolunun gücləndirilməsini dəstəkləyib. Təşkilatın liderləri ölkələri daha güclü və yenilikçi maliyyə sektoru yaratmağa çağırıblar. Bu çərçivədə rəqəmsal avronun satışa çıxarılması imkanlarını araşdırmaq üçün hazırlıq işləri davam etdirilməlidir. Avronun beynəlxalq rolunun gücləndirilməsi AB-nin iqtisadi və maliyyə məsələlərində strateji muxtariyyətini artıracağı, eyni zamanda açıq iqtisadiyyatı qoruyacağı, qlobal maliyyə sabitliyinə töhfə verəcəyi və Avropa müəssisələrini və vətəndaşlarını dəstəkləyəcəyi bildirilir.

Son xəbərlər
Digər xəbərlər