Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin hazırkı 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.
Banker.az bu barədə CNBC-yə istinadən xəbər verir.
Qurum həmçinin depozit faizlərini -0.5%, marjinal borcvermə faizini isə 0.25 % səviyyəsində təsdiqləyib.
İnvestorlar da ECB-nin faizi sabit saxlayacağını proqnoz edirdilər.
Hazırda Avrozonada 5.1% inflyasiya vardır. ECB öncəki çıxışlarında inflyasiyanın keçici olacağı ilə siqnallar verirdi ki, bu da mərkəzi bank üçün gözləmə mövqeyində qalacağına işarə idi.
Bu xəbərdən sonra EUR/USD məzənnəsi 0.10% enişlə 1.1294 səviyyəsinə düşdü.
ECB cari il üçün 3.2 faiz, 2023 və 2024-cü il üçün isə 1.8% inflyasiya proqnoz edir.
Qeyd edək ki, bu gün İngiltərə Bankı uçot faiz dərəcəsini 0.25%-dən 0.50%-ə yüksəltmişdir.