16 C
Baku
Friday, April 26, 2024

Avropa Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz saxlayıb

Avropa Mərkəzi Bankının idarə heyəti cümə axşamı günü keçirilən iclasda uçot dərəcəsini 0% səviyyəsində saxlayıb.

Banker.az xəbər verir ki, bu barədə tənzimləyicinin press-relizində deyilir.

Qeyd edək ki, 2016-cı ilin mart ayından etibarən uçot dərəcəsi 0% səviyyəsindədir. Depozit dərəcəsi mənfi 0,5%, marja dərəcəsi isə 0,25% səviyyəsində qalıb.

Bildirildiyi kimi, Avropa Mərkəzi Bankı inflyasiya 2% olmayana qədər dərəcələrin dəyişməyəcəyini gözləyir.
Eyni zamanda, tənzimləyici “Pandemic emergency purchase programme” (PEPP) sosial proqramın parametrlərini dəyişməz saxlayıb. Hal-hazırda onun həcmi 1,35 trilyon avro təşkil edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər