Avropa Mərkəzi Bankının (ECB) İardıcıl ikinci dəfə üç əsas faiz dərəcəsini əvvəlki səviyyədə saxlayıb, bu barədə qurumun saytında məlumat verilir.
Bildirilir ki, hazırda inflyasiya 2% hədəfinə yaxındır və proqnoz qiymətləndirməsi əvvəlki iclasla müqayisədə dəyişməyib. Şura inflyasiyanı 2% səviyyəsində sabitləşdirməyi, qərarları inflyasiya perspektivləri və risklərin təhlili əsasında qəbul etməyi planlaşdırır.
Depozit dərəcəsi, əsas faiz dərəcəsi və marjinal kredit dərəcəsi müvafiq olaraq 2.00%, 2.15% və 2.40% səviyyəsində qalır.
Pul-kredit siyasətinin müzakirə ediləcəyi növbəti iclas 29–30 oktyabra təyin edilib.
24 iyulda da ECB faiz dərəcələrini dəyişməz saxlamışdı: depozit – 2.00%, əsas faiz – 2.15%, marjinal kredit – 2.40%.