Avropa Mərkəzi Bankı xarici banklara likvidlik azadlığı verilməsini asanlaşdıracaq

Avropa Mərkəzi Bankı (ECB) Avrozona bankları ilə xarici banklar arasında birləşmələr zamanı yaşanan bəzi problemləri aradan qaldıracaq.

Bunu ECB-nin baş auditoru Andrea Enria bildirib.

“ECB-in Bank Nəzarəti-Müşahidəsi bölməsi törəmə şirkətlərin birləşdirilməsi prosesi zamanı həyata keçirilən tənzimləmələrin gücləndirilməsini müzakirə edir. Bundan başqa, biz xarici banklara likvidlik azadlığı verilməsi prosesini asanlaşdırmağa hazırıq”, – o bildirib.

O qeyd edib ki, birləşmələrin qarşısındakı ən böyük əngəllərdən biri fərqli ölkələrdəki birləşmələr zamanı nəğd pul axının məhdudlaşdırılmasıdır.

©Report

Son xəbərlər
Digər xəbərlər