5 C
Baku
Saturday, December 14, 2024

Avropa Mərkəzi Bankının gözlənilən qərarı

Avropa Mərkəzi Bankı (ECB) bu gün keçirdiyi 2016-cı ilin son iclasında uçot dərəcəsi və depozit faizlərini dəyişdirməyib.

Bununla da uçot dərəcəsi 0%, depozitlər üzrə faiz dərəcəsi isə -0,4% səviyyəsində saxlanılıb.

Həmçinin, bank marjinal kreditləşmə faizinə də toxunmayaraq 0,25%-də təsdiqləyib. Bununla yanaşı, monetar stimullaşdırma proqramı çərçivəsində aylıq istiqraz alışının 80 mlrd. avro səviyyəsində 2017-ci ilin martına qədər, yəni cari proqram bitənə qədər dəyişdirməmək qərarı alınıb. 2017-ci ilin aprel ayından dekabra qədər isə bu əməliyyatlara əlavə 60 mlrd. avro ayrılacaq. ECB zəruri olduğu təqdirdə proqramın həcmini və müddətini daha da artıra biləcəyini vurğulayıb.

“Report”un analitik qrupu bildirir ki, ECB-nin bu qərarı gözlənilən olub, amma proqramla bağlı gələcək fikirləri qeyri-müəyyən qalaraq maliyyə bazarlarında kəskin hərəkətlərin qarşısı alınıb. Nəticədə, USD/EUR məzənnəsi 1,08 səviyyəsinə kimi yüksəldikdən sonra 1,0750-yə kimi geriləyib. Maliyyə bazarları artıq fikirlərini gələn həftə, dekabrın 13-14-də keçiriləcək ABŞ Federal Ehtiyat Sisteminin (FES) iclasına yönəldib.

“Analitik qrup olaraq dolların FES iclasına qədər və sonra möhkəmlənərək avro ilə müqayisədə 1,04 USD/EUR səviyyəsinə enəcəyini ehtimal edirik. Növbəti ildə isə məzənnə paritetə düşə bilər” – analitiklər qeyd ediblər.

Son xəbərlər
Digər xəbərlər