Avropa Olimpiya Komitəsinin (EOC) yeni prezidenti bəlli olub.
Bu posta Yunanıstan Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Spiros Kapralos seçilib.
Kapralos 34 səslə qalib olub. Onun rəqibi, qurumun sonuncu rəhbəri və Danimarka İdman Konfederasiyasının prezidenti Nils Niqaard 14 səs toplaya bilib.
Qeyd edək ki, Spiros Kapralos 2025-ci ilədək EOC-un prezidenti olacaq.