8 C
Baku
Wednesday, October 30, 2024

Avropa ölkələrinin borcu rekord həddə çatıb

Bu il Avropa ölkələrinin kredit həcmi 32 milyard dollara çatıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur. Son on ildə ilk dəfə olaraq Şərqi Avropanın üç ölkəsi – Polşa (9 milyard dollar), Rumıniya (6 milyard dollar) və Macarıstan (5 milyard dollar) ən çox borc alan ölkə olub, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“Bloomberg” qeyd etdiyi kimi, bu il Polşa yeni 30 illik istiqrazlar üzrə illik 5.5% ödəyir, 2021-ci ildə isə eyni istiqraz 4%-dən aşağı qiymətə olub. Agentliyin analitikləri Şərqi Avropanın büdcə kəsirinin 2021-ci ildəki 1.3%-lə müqayisədə bu il regionun ÜDM-nin 4.3%-nə yüksələcəyini təxmin edirlər.

“Bloomberg”in qeyd etdiyi kimi, artan faiz dərəcəsi Şərqi Avropada büdcə kəsirini daha da gücləndirəcək. Üstəlik, Rusiyanın Ukraynadakı müharibəsi uzanarsa, Şərqi Avropa daha böyük xərclərə məruz qalacaq.

Polşanın dollarla ifadə olunmuş istiqrazları artıq Filippin, İndoneziya və Uruqvay kimi investisiya üçün daha riskli hesab edilən ölkələrə oxşar gəlirliklə ticarət edilir. Əgər regionun valyutaları vaxtaşırı olduğu kimi dollara nisbətdə ucuzlaşmağa başlasa, bu, ölkələrin xərclərini artıracaq.

Son xəbərlər
Digər xəbərlər