16 C
Baku
Wednesday, October 23, 2024

Avropa ölkəsi Rusiya qazını rublla aldı

Vatikan Bankı Rusiya qazının ödənişini rublla həyata keçirib. Qeyd olunur ki, Romanın mərkəzində yerləşən dövlət Rusiya Mərkəzi Bankından 10 milyon avro ekvivalentində rubl alıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Mənbələrin məlumatına görə, Vatikan rublla qazın alınması alqoritminə daxil olan bütün lazımi addımları tamamlayıb.

Bundan əvvəl G7 ölkələri Rusiyanın enerji resurslarının haqqının milli valyuta ilə ödənilməsi ilə bağlı irəli sürdüyü tələblə razılaşmayıb. Buna cavab olaraq Kreml bəyan edib ki, Rusiya Federasiyası “ümumavropa xeyriyyəçiliyi” ilə məşğul olmaq və Qərbə pulsuz qaz vermək niyyətində deyil.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Avropa ölkələrində rublla ödənişlər üçün bütün bazar imkanları var və bunda heç bir faciə yoxdur. O, həmçinin xarici tərəfdaşları Rusiya Federasiyasının satdığı taxta, metal, neft və digər malları rus rublu ilə almağa çağırıb.

Son xəbərlər
Digər xəbərlər