Rumıniya Milli Bankı Minerva adlı tanınmış astroloqu işə götürüb, Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir. Bildirilir ki, 64 yaşlı falçının işə götürülməsi ilə bağlı məlumat təsdiqlənib. O, hazırda bankın inzibati xidmətləri direktorunun katibi vəzifəsində çalışır.
“İndi mən icraçı vəzifədəyəm, Milli Bankda işləyirəm. Təəssüf ki, artıq fala baxmaq hüququm yoxdur, lakin bu heç nə demək deyil, çünki podkast yazmaq fikrim var”, – deyə Minevra söyləyib.
O, 50 ildən çoxdur ki, astrologiya ilə məşğul olduğunu etiraf edib. Mediada qadının hüquq, aktyorluq və psixologiya üzrə təhsili olduğu bildirilir.