Azərbaycan 2023-cü ildə İtaliya ilə bərabər, Yunanıstan, Rumıniya və Bolqarıstana təbii qaz ixracı kəskin yüksəlib.
Banker.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən İtaliyaya 10.71 mlrd. m3 ($8.05 mlrd.-lıq, Bolqarıstana 1.275 mlrd. m3 ($470.34 mln.-lıq, Yunanıstana 1.117 mlrd. m3 ($900.29 mln.) və Rumıniyaya 184.29 min m3 ($171.25 mln.) mavi yanacaq satılıb.
Azərbaycandan hesabat ili ərzində ümumilikdə xaricə 26.62 mlrd. m3 təbii qazı $13.68 mlrd.-a ixrac edilib.
Qeyd edək ki, təbii qazın hər min m3-u xaricə 2022-ci ildə 790.38 dollara satıldığı halda, 2023-cü ildə 35% ucuzlaşaraq 513.77 dollar olub.
2023-cü il üzrə təbii ixracı | ||||
Ölkə | 2023-cü ildə: | İllik müqayisə | ||
min kub-m | dəyər, min dollar | miqdar | dəyər | |
Bolqarıstan | 1,275,253.00 | 470,340.26 | 248% | 98% |
Gürcüstan | 2,148,664.03 | 346,624.96 | -17% | -1% |
İran | 11,460.13 | 434.98 | -93% | -93% |
İtaliya | 10,705,462.12 | 8,052,416.09 | 30% | -27% |
Rumınya | 184,286.16 | 171,246.25 | ||
Türkiyə | 10,854,348.50 | 3,681,484.94 | 58% | 67% |
Yunanıstan | 1,117,467.19 | 900,286.15 | 43% | -21% |
Rusiya | 800,665.76 | 143,225.18 | 758% | 730% |