Avropa ölkələri elektrik enerjisi sektorunda Ukraynaya yardımı genişləndirəcək.
Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib.
Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra mətbuata açıqlama verən AK rəsmisi qeyd edib ki, Aİ Rusiyanın Ukraynanın mülki infrastrukturunu qəsdən bombalamasına görə əziyyət çəkən Ukrayna xalqı həmrəydir:
“Biz elektrik enerjisinin verilməsini bərpa etməli və Ukraynaya təcili yardım göstərmək üçün tərəfdaşlarla işi gücləndirməliyik”.
Hazırda Avropa Komissiyası Litvadan 200 transformator, Latviyadan avtotransformator və Rumıniyadan 40 güclü generatorun gətirilməsinə hazırlaşır.
Bundan əlavə, Avropa Komissiyası Polşada yeni enerji mərkəzinin yaradılması üzərində işləyir.