-3 C
Baku
Sunday, December 15, 2024

Avropa ölkələri enerji böhranına görə təxminən 500 milyard avro xərcləyəcək

Brüsseldə yerləşən “Bruegel” analitik mərkəzi Avropa ölkələrinin evləri və müəssisələri enerji qiymətlərinin artımından qorumaq üçün həyata keçirdikləri tədbirlər ilə bağlı araşdırmasını dərc edib. Qeyd olunur ki, enerji qiymətlərindəki artıma görə bir çox Avropa ölkəsində 2021-ci ilin sentyabrından 2022-ci ilin sentyabrına qədər fərqli tədbirlər həyata keçirilib.
Banker.az xəbər verir ki, mərkəzin araşdırmasına əsasən, enerji sahəsində görülən tədbirlərə görə Böyük Britaniya 178.6 milyard avro, Almaniya 100.2 milyard avro, İtaliya 59.2 milyard avro, Fransa 53.6 milyard avro, İspaniya 35.5 milyard avro, Polşa 10.6 milyard avro, Avstriya 8.9 milyard avro, Rumıniya 6.9 milyard avro, Yunanıstan və Danimarka 6.8 milyard avro, Hollandiya 6.2 milyard avro, Belçika 4.1 milyard avro, Çexiya 2.9 milyard avro, Xorvatiya 2.4 milyard avro, Bolqarıstan 1.8 milyard avro, İsveç 1.6 milyard avro, Litva, Latviya, Lüksemburq 1.1 milyard avro, Slovakiya 1 milyard avro, İrlandiya 700 milyon avro, Finlandiya 500 milyon avro, Sloveniya 400 milyon avro, Malta və Estoniya 200 milyon avro ayırıb.
Beləliklə, sözügedən Avropa ölkələri enerji böhranı ilə əlaqədar hazırladıqları müxtəlif proqramlara 492.4 milyard avro vəsait ayırıblar.
Avropa Komissiyası isə ötən həftə enerji böhranı ilə bağlı fövqəladə tədbirlər planını açıqlamışdı. Plana aşağı xərcli elektrik enerjisi istehsalçılarının gəlirlərinin məhdudlaşdırılması, elektrik enerjisinə tələbatın azaldılması və enerji şirkətlərinə likvidliyin təmin edilməsi daxildir. Bundan əlavə, buradan təmin ediləcək 140 milyard avro ilə xalqa və biznesə dəstək nəzərdə tutulur.
Digər tərəfdən, Aİ-yə üzv ölkələrin enerji nazirləri elektrik enerjisi və təbii qaz qiymətlərinin artırılmasına qarşı tədbirləri və paketdəki təklifləri müzakirə etmək üçün sentyabrın 30-da Brüsseldə növbədənkənar iclas keçirəcək.
Son xəbərlər
Digər xəbərlər