Brüsseldə yerləşən “Bruegel” tədqiqat təşkilatının hesablamalarına görə, Avropa ölkələrinin hakimiyyət orqanları əhalini və biznesi elektrik enerjisinin qiymətlərinin kəskin artımından qorumaq üçün 792 milyard avro ayırıb. Noyabrda açıqlanan əvvəlki hesabatla müqayisədə bu məbləğ 86 milyard avro artıb.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Hesabatda qeyd edildiyi kimi, ümumi məbləğin 268,1 milyard avrosu təkcə Almaniyanın payına düşür ki, ayrılan vəsaitin həcminə görə heç bir Avropa ölkəsi ilə müqayisə oluna bilməz. Reytinqdə bütün Avropa ölkələri arasında ikinci yerdə Böyük Britaniyadır (103.3 milyard avro), ikinci və üçüncü sıranı müvafiq olaraq İtaliya (99.3 milyard avro) və Fransa (92.1 milyard avro) tutur.
Hesabatda qeyd olunduğu kimi, Avropa hökumətləri bu vəsaitlərin böyük hissəsini birbaşa istehlak qiymətlərini saxlamağa yönəldiblər. Bu, əsasən yanacağa ƏDV-nin azaldılması və elektrik enerjisi tariflərinin süni şəkildə məhdudlaşdırılması hesabına əldə edilib.