Ötən il Avropa ölkələri külək enerjisi sektoruna 42,8 mlrd. avro investisiya yatırıblar ki, bu da illik müqayisədə 74,7% çoxdur. Sözügedən vəsaitlər 19,6 QVt qoyuluş gücündə (44,1% artım) olan layihələrə yönəldilib.
Bu barədə “WindEurope”un 2020-ci ilin nəticələrinə dair dərc etdiyi hesabata istinadən xəbər verilir.
Hesabata əsasən, 2020-ci ildə Avropa ölkələri tərəfindən dənizdə 7,1 QVt qoyuluş gücündə olan külək enerjisi layihələrinə 26,3 mlrd. avro investisiya yatırılıb (4 dəfə artım). Hər iki rəqəm rekord göstərici hesab olunur.
Keçən il quruda 12,5 QVt qoyuluş gücündə külək enerjisi layihələrinə 16,5 mlrd. avro vəsait (7,8% azalma) yönəldilib.