7 C
Baku
Wednesday, March 11, 2026

Avropa ölkələri strateji neft-qaz ehtiyatlarından istifadə edə bilər

Avropa İttifaqı (Aİ) ölkələrində enerji çatışmazlığı müşahidə olunmur, buna baxmayaraq, onlar strateji neft və qaz ehtiyatlarından istifadə edə bilərlər.

Bunu Avropa Komissiyasının (AK) nümayəndəsi Anna-Kaysa İtkonen deyib. “Hələlik Aİ ölkələrində qısamüddətli perspektivdə neft və qaz qıtlığı olacağını proqnozlaşdırmırıq. Lakin Beynəlxalq Enerji Agentliyinin üzvləri ilə əməkdaşlıq çərçivəsində bütün zəruri tədbirləri görməyə, regional və milli şəraiti, eləcə də təhlükəsizlik vəziyyətini nəzərə almağa hazırıq”, – deyə o, AK-nın brifinqində bildirib.

İtkonen əlavə edib ki, neft-qaz ehtiyatlarının istifadəsi ilə bağlı təklifi müzakirə etmək üçün martın 12-də enerji böhranı qrupunun iclası keçiriləcək. Onun sözlərinə görə, hər bir ölkə bu qərarı müstəqil şəkildə qəbul etməkdə sərbəstdir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər