11 C
Baku
Sunday, November 17, 2024

Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb

Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin dekabr ayının 31-dən Avropaya ixrac edilən Azərbaycan qazının həcmi 35 milyard kubmetri ötüb.

“Kəmər istismara verildiyi vaxtdan mayın 1-dək TAP ilə 35 milyard kubmetrdən çox qaz Avropaya nəql edilib. TAP vasitəsilə qaz Yunanıstan, Bolqarıstan, İtaliya, Macarıstan, Rumıniya və Serbiyaya çatdırılıb”, – şirkət qeyd edib.

Bildirilib ki, qaz kəmərinin marşrutu və dizaynı gələcəkdə qazın Cənub-Şərqi, Mərkəzi və Qərbi Avropanın müxtəlif istiqamətlərinə tədarük edilməsinə imkan verəcək.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Son xəbərlər
Digər xəbərlər