10 C
Baku
Friday, December 13, 2024

Avropa ölkələri yenidən koronavirus məhdudiyyətlərinə qayıdırlar

Avropa ölkələri yenidən koronavirus məhdudiyyətlərinə qayıdırlar. Məsələn, Belçikanın Antverpen əyalətində ağırlaşmış epidemioloji vəziyyət şəraitində kommendant saatı tətbiq edilib. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirilir ki, qərar 8 saatdan çox davam edən iclasdan sonra qəbul edilib. Qaydaya görə, bütün sakinlər axşam saat 11-dən səhər saat 6-ya qədər evdə olmalıdırlar.

Karantin tədbirləri Avropanın digər ölkələrində də tətbiq olunur. Son iki həftə ərzində Kataloniyada koronavirusa 8 min insan yoluxub. Əgər yaxın 10 gün ərzində vəziyyət nəzarət altına alınmasa, hakimiyyət ictimai həyatı yenidən pauzaya qoymağa məcbur olacaq.

Almaniyada epidemioloji vəziyyət gərgin olan ərazilərə gedən insanlar koronavirus testindən keçməyə məcburdurlar. Yunanıstanda isə maska taxmaq qaydası bütün qapalı məkanlarda məcburi hala gələ bilər. Hal-hazırda ölkə sakinləri maskalardan yalnız ictimai nəqliyyatda istifadə edirlər.

Son xəbərlər
Digər xəbərlər