Estoniyada demək olar ki, ölkənin bütün ərazisində ictimai nəqliyyatda gediş haqqı pulsuz edilib.İyulun əvvəlindən Estoniyanın 15 regionun 11-də, sərnişin avtobuslarından pulsuz istifadə edə bilərsiniz, bu barədə məlumatı Estoniyanın İqtisadiyyat və infrastruktur naziri Kadri Simson bildirib.
Simson-nun sözlərinə görə, hakimiyyət şəhərə köçən kənd əhalisini dayandırmaq və ətraf mühitin mühafizəsinə sərmayə qoymaq istəyir. Bundan başqa, Tallində hesab edirlər ki pulsuz nəqliyyat, yüngül avtomobillərin istifadəsini azalda bilər.
2017-ci ildə Estoniya parlamenti, 2030-cu ilə kimi yanacaq istehlakının 2012-ci ildəki səviyyədə saxlanılmasını məqsəd qoymuşdur. Simson-nun sözlərinə görə, hakimiyyət insanları daha ekoloji nəqliyyat yollarından istifadə etməyə cağırmalıdır.
Tallində ictimai nəqliyyat 2013-cü ildən pulsuz olmuşdur – bu ancaq sakinləri üçün nəzərdə tutulmuşdu. Tallindən fərqli olaraq Estoniyanın 11 regionunda pulsuz nəqliyyatdan qeydiyyat ünvanından aslı olmayaraq şəhər sakinlərindən tutmuş turistlərə qədər hər kəs istifadə edə bilər. Bu layihə dövlət büdcəsindən maliyyələşdirilir.