16 C
Baku
Thursday, March 28, 2024

Avropa ölkəsi bir rəsm əsərinə €150 mln. xərcləyəcək

Hollandiya hökuməti Rembrandtın “Bayraqdar” əsərini almaq üçün büdcədən 150 milyon avro ayırır.

Banker.az xəbər verir ki, hollandiyalı rəssamın şəxsi kolleksiyasında olan ən mühüm əsər hesab olunur. Bu gün “Bayraqdar” Rotşildlər ailəsinə məxsusdur. İki il əvvəl əsər 165 milyon avro dəyərində qiymətləndirilmişdi.

Fransa hökuməti bankirlər sülaləsindən “Bayraqdar”ı almaqdan imtina etsə də, onu ölkədən çıxarmağa icazə verəcəyini bildirib. Hollandiya rəsmin alınmasına 150 milyon avro ayırmağa razılıq verib. 2019-cu ildə “Bayraqdar” sərgiyə çıxarılıb və 165 milyon avro olaraq qiymətləndirilib. Çatışmayan məbləğ Rembrandt Assosiasiyası və muzeyin özü tərəfindən əlavə ediləcək. Ümumilikdə, 25 milyon avro ayrılacaq.

Əgər Hollandiyanın rəsmi almaq üçün kifayət qədər pulu olsa, o, Dövlət Muzeyinin Şöhrət Zalına yerləşdiriləcək. Bundan əvvəl isə əfsanəvi rəssamın əsəri bütün 11 əyalətə aparılacaq ki, yerli sakinlər onu öz gözləri ilə görə bilsinlər.

Daha əvvəl Van Qoqun məşhur “Buğda yığınları” əsəri 36 milyon dollara hərraca çıxarılmışdı. Əsər İkinci Dünya müharibəsi zamanı nasistlərin əlinə keçmişdi. 1979-cu ilə qədər onun taleyi məlum deyildi.

Son xəbərlər
Digər xəbərlər