8 C
Baku
Tuesday, March 19, 2024

Avropa Oyunları 3-cü dəfə ardıcıl Postsovet məkanında ola bilər

Bu barədə yüksək vəzifəli şəxs bildirib

Rusiya 2023-ci ildə keçiriləcək III Avropa Oyunlarına ev sahibliyi edə bilər.

Bu barədə “RİA Novosti” yüksək vəzifəli şəxsə istinadən məlumat yayıb.

“Bizim Avropa Oyunlarına ev sahibliyi etmək imkanımız var. Bunu Rusiyaya etibar etsələr, 2023-cü ildə təşkil edə bilərik”, deyə mənbə bildirib.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda təşkil olunub. Açılış mərasimində Rusiya prezidenti Vladimir Putin də iştirak edib. 2019-cu il II Avropa Oyunları isə gələn il 21 – 30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək.

Report

Son xəbərlər
Digər xəbərlər