Paytaxtda Avropa oyunlarının keçirilməsi ilə əlaqədar olaraq bir sıra sərnişin marşrutlarının fəaliyyəti dayandırılmışdır.
“Bakı Sərnişin Nəqliyyatı” ASC-dən verilən məlumata görə, bu gündən etibarən Bakı ərazisində bir neçə sərnişin avtobusu öz fəaliyyətini dayandıracaq.
Verilən məlumata görə, 14№-li marşrut tam olaraq ləğv edilmiş, 194№-li marşrut isə əhəmiyyətli dərəcədə ixtisar edilmişdir. Bununla yanaşı, bu gündən etibarən 32, 25, 90, 53 və 188 №-li marşrut fəaliyyətini dayandırmışdır.