21 C
Baku
Tuesday, May 21, 2024

Avropa Oyunları məhdudiyyətlərinin bitmə – VAXTI

Bu gündən etibarən məhdudiyyətlərə son qoyulacaqmı yoxsa hazırkı vəziyyət bir neçə gündə davam edəcək?

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamasında I Avropa Oyunları zamanı tətbiq edilən məhdudiyyətlərin iyulun 1-dək davam edəcəyini bildirdi: “Şəhərimizə gələn qonaqların tarixi abidələr və mədəniyyət ocaqları ilə, eləcə də şəhərimizlə yaxşı tanış olmaları üçün biz mümkün olan şəraiti yaratmalıyıq. Bununla bağlı ola bilsin ki, bəzi məhdudiyyətlər tətbiq edilsin. Əlavə məlumat verəcəyik. Sürücülərimiz bilməlidir ki, hələ ki, iyulun 1-dək nəqliyyat vasitələrinin hərəkətində nəzərdə tutulmuş məhdudiyyətlər, eləcə də Avropa Oyunları üçün çəkilmiş zolaqlarla digər nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməyəcək”.

Yeni Müsavat

Son xəbərlər
 ⁠
Digər xəbərlər