19 C
Baku
Tuesday, October 7, 2025

Avropa Parlamenti 61 ölkə üçün vizasız rejimin dayandırılması ilə bağlı yeni qaydaları dəstəkləyib

Bu gün Avropa Parlamenti Gürcüstan da daxil olmaqla 61 ölkə üçün vizasız rejimin dayandırılması ilə bağlı yeni qaydaları dəstəkləyib.

Bu barədə məlumatı Avropa Parlamenti yayıb.

Məlumatda bildirilir ki, yeni qaydalar təhlükəsizlik riski yaradan və ya insan haqlarını pozan ölkələrdən olan vətəndaşların Avropa İttifaqına vizasız səfər hüququnun ləğvini asanlaşdıracaq.

Yeni mexanizm Avropa Komissiyasına təhlükəsizlik təhdidləri və ya insan haqları pozuntuları olduqda müəyyən ölkələr üçün vizaların tez bir zamanda yenidən tətbiq olunmasına imkan verir. Bu bir neçə mərhələdə edilə bilər — əvvəlcə araşdırma və dialoq aparılana qədər müvəqqəti olaraq, daha sonra isə problemlər davam edərsə daimi olaraq.

Qeyd edək ki, Gürcüstan üçün vizasız rejimin yalnız məsul vəzifəli şəxslərə qarşı məhdudlaşdırılması nəzərdə tutulur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər