18 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

Avropa Parlamenti AB və İngiltərə arasındakı ticarət müqaviləsini təsdiqlədi

Screen Shot 2021 09 02 at 14.34.20

Avropa Parlamenti səsvermənin nəticəsində İngiltərə ilə Avropa Birliyi arasındakı ticarət və əməkdaşlıq müqaviləsini təsdiq edib.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Müqaviləni 660 deputat dəstəkləyib, beş deputat qərarın əleyhinə səs verib.

Qeyd edildiyi kimi, sənədin qüvvəyə minməsi üçün AB ölkələri razılığa gəlməlidirlər.

Xatırladaq ki, Böyük Britaniya Avropa Birliyi təşkilatından çıxıb və yanvarın 1-də keçid dövrü sona çatıb. Tərəflər demək olar ki, bütün sahələrdə əməkdaşlıq etməyə davam edir. Bu, ticarətə də aiddir.

Mövcud ticarət və əməkdaşlıq müqaviləsi, xüsusilə keçdi dövrü bitdikdən sonra ticarət əlaqələrini müəyyənləşdirmək üçün bağlanıb. Müqavilə 2020-ci ilin dekabr ayının sonunda, tranzit müddətinin başa çatmasına bir neçə gün qabaq bağlanıb.

Bu müqavilə olmasaydı, tərəflərin iqtisadi münasibətləri qəfildən yeni mərhələyə keçərdi və bu da bir sıra problemlərə səbəb olacaqdı. Bir sözlə, müqavilə keçid dövrünün daha “hamar” keçməsinə kömək edib.

Onun şərtlərinə uyğun olaraq İngiltərə Avropa Birliyinin vahid bazarını və gömrük ittifaqını tərk edir, lakin rüsum və kvota olmadan sərbəst ticarət aparır.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər