18 C
Baku
Sunday, September 29, 2024

Avropa Parlamenti Aİ-nin Ukraynaya 1 milyard avroluq yardım göstərməsini dəstəkləyib

Avropa Parlamenti Avropa İttifaqının (Aİ) Ukraynaya 1 milyard avro məbləğində makromaliyyə yardımı göstərməsini dəstəkləyib.

Bu barədə Ukrayna Maliyyə Nazirliyindən bildirilib.

“Bu gün Avropa Parlamenti təcili büdcə ehtiyaclarını ödəmək üçün Avropa Komissiyasının təklifi əsasında Aİ-nin Ukraynaya 1 milyard avro həcmində makromaliyyə yardımı ayırmasını dəstəkləyib”, – qeyd olunub.

Aİ-dəki institusional prosedurlara görə, Avropa Komissiyasının bu təklifi Avropa İttifaqı Şurası tərəfindən də dəstəklənməlidir və bundan sonra müvafiq qərar qüvvəyə minəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər