27 C
Baku
Saturday, July 27, 2024

Avropa Parlamenti Belarusla bağlı növbəti iclas keçirəcək

Avropa Parlamenti avqustun 25-də Belarusla bağlı növbəti iclas keçirəcək.

Banker.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında bildirilir.

“Növbəti iclas 25 avqust 2020-ci il tarixində saat 11.00-dən 13.00-dək keçiriləcək”, – mesajda deyilir.

Qeyd edildiyi kimi, görüş video formatında keçiriləcək.

Xatırladaq ki, avqustun 9-u Belarusda prezident seçkilərinin nəticələri açıqlanıb. Respublikadakı seçki məntəqələri bağlandıqdan sonra nəticələrin saxtalaşdırılmasına qarşı kütləvi etirazlar başlayıb. Etirazlar zamanı polis və daxili qoşunlar tərəfindən gözyaşardıcı qaz və rezin güllələrdən istifadə olunub.

Daha sonra ölkədə böyük sənaye müəssisələrində tətillər keçirilməyə başlayıb, seçkilərin yenidən keçirilməsini tələb ediblər. Qeyd edək ki, bu aksiyaya həmçinin Minsk avtomobil zavodunun işçiləri də qoşulmuşdu..

Son xəbərlər
Digər xəbərlər