9 C
Baku
Friday, December 13, 2024

Avropa parlamenti “Brexit” barədə danışıqlarla bağlı mövqeyini açıqlayıb

Avropa parlamenti Strasburqda Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasına dair danışıqlarda öz mövqeyini ortaya qoyan qətnamə qəbul edib.

Euronews telekanalın xəbər verir ki, həmin sənəd bu prosesə mərhələli yanaşmanı ehtiva edir. Bu, o deməkdir ki, ticarət və digər münasibətlərin müzakirəsinə keçməzdən öncə, tərəflər “Brexit” prosesinin şərtlərini, o cümlədən maliyyə məsələlərini razılaşdırmalıdır.

“Müzakirələr və hesablamalar zamanı ortaya çıxacaq bütün öhdəliklər, borclar və əlavə şərtlər ilkin mərhələdə həll olunmalıdır, – deyə Avropa Parlamentinin danışıqlardakı nümayəndəsi Gi Verxovstadt bildirib. – Biz prinsipləri razılaşdırsaq, sonrası asan olacaq və biz bu prinsiplərdən istifadə edərək nəticədə yekun rəqəmi hesablayarıq. Məhz bu səbəbdən qətnamədə rəqəmlər deyil, maliyyə həllinə nail olmaq barədə dəqiq prinsiplər yer alıb”.

Bəzi deputatlar deyiblər ki, əvvəlcədən razılaşdırılmış sazişlərə əsasən Böyük Britaniya Avropa İttifaqına 60 milyard avro ödəməlidir.

Bu rəqəmin əsassız olduğunu və Lissabon sazişində belə ödəmənin nəzərdə tutulmadığını bildirən Britaniyanın Avropa İttifaqındakı deputatı, Birləşmiş Krallığın Azadlıq Partiyasının keçmiş lideri Naycel Faraj artıq 50-ci maddəni həyata keçirməyə başladıqlarını və iki ildən sonra heç bir borc ödəmədən Aİ-nin tərkibindən çıxacaqlarını vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxması barədə saziş Avropa parlamenti tərəfindən də təsdiqlənməlidir.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər