Avropa Parlamenti Gürcüstan hökumətini tanımadığını bəyan edib.
Bu barədə Avropa Parlamentinin X platformasında paylaşımında qeyd edilib.
Bəyanatda Avropa Parlamenti Gürcüstanın Avropa İttifaqına üzv olmasına şərt olaraq, ölkə rəhbərliyini tutduğu yoldan üz döndərməyə çağırıb: “Avropa Parlamenti Gürcüstan xalqı ilə həmrəydir. Parlament hazırki Gürcüstan hökumətini tanımır. Ölkədə ədalətli seçkilər keçirilməyənə qədər Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayandırılıb”.