7 C
Baku
Thursday, December 12, 2024

Avropa Parlamenti Kiyevə müharibədən sonra hərtərəfli yardımı vəd edib

Avropa Parlamenti Kiyevə müharibədən sonra hərtərəfli yardım edəcək.

Bu barədə DW xəbər verib.

Məlumata görə, Avropa Parlamentinin sədri Roberta Metsola Kiyevə müharibə başa çatdıqdan sonra hərtərəfli yardım vəd edib, həmçinin Ukraynanın Avropaya məxsus olduğunu qeyd edib.

Ukraynanın Dövlət Gününün qeyd olunması münasibətilə Ali Rada qarşısında videobağlantı vasitəsilə çıxış edən Metsolanın sözlərinə görə, Ukrayna knyaz Vladimir Svyatoslaviçin dövründən bu günə kimi Avropa dövlətləri arasında öz yerini tutub. “Avropa İttifaqı həm pis gündə, həm də yaxşı gündə Ukraynanın tərəfindədir”, – o vurğulayıb.

Avropa Parlamentinin rəhbəri bildirib ki, Avropa İttifaqı Kiyevə namizəd statusu verməklə Ukraynanı tamhüquqlu üzvlük yolunda müşayiət etmək əzmini nümayiş etdirib, baxmayaraq ki, bu yol asan olmayacaq.

Metsola parlament demokratiyasının qurulmasını dəstəkləməklə yanaşı, Ukraynanın bərpası və onun müasir, davamlı, mütərəqqi inkişaf edən dövlətə çevrilməsində Avropanın iqtisadi yardım göstərəcəyini elan edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər