12 C
Baku
Saturday, November 23, 2024

Avropa Parlamenti Kiyevdə ofis açır

Avropa Parlamenti Ukrayna hakimiyyətinin ölkədə ofis açmaq xahişini dəstəkləyib. “Euractiv” nəşrinin məlumatına görə, qərar noyabrın 20-də qəbul edilib.

Bildirilir ki, Ukraynada Avropa Parlamentinin ofisinin açılması qurumun Ukrayna parlamenti ilə qarşılıqlı əlaqəsini sadələşdirəcək, həm də inzibati işləri asanlaşdıracaq.

Ukrayna Prezidenti Volodimir Zelenski martın 4-də Kiyevdə ofisinin açılmasını istəyib. Aprelin sonunda Ali Radanın spikeri Ruslan Stefançuk da bu barədə danışıb.

Qeyd edək ki, Avropa Parlamenti yerli parlamentin işini koordinasiya etmək üçün Aİ-nin hər bir üzv dövlətində ofis açır. Eyni zamanda, Aİ-dən kənar ölkələrin şəhərlərində, bir qayda olaraq, AP təmsilçiliyi təşkil edilmir. İstisnalar Nyu-York, Cakarta və Əddis-Əbəbədir.

Son xəbərlər
Digər xəbərlər