32 C
Baku
Monday, July 22, 2024

Avropa Parlamenti kriptovalyutanın tənzimlənməsi qaydalarını qəbul edib

Avropa Parlamenti kriptovalyuta bazarları haqqında MiCA adlı qanunu təsdiqləyib. Bu, Avropa Birliyinə bütün üzv ölkələrdə kripto sənayesini tənzimləməyə imkan verəcək.

MiCA qanunu çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi ilə mübarizə və istifadəçiləri və investorları qorumaq üçün Avropa kriptovalyuta sənayesini tənzimləyəcək.

Avropa Parlamentinin 517 üzvü lehinə, 38-i əleyhinə səs verib.

İndi bu, may ayında Aİ Şurası tərəfindən təsdiqlənməlidir. Bu, hökumətlərin kriptovalyuta bazarına belə miqyasda nəzarət etmək qərarına gəldiyi ilk haldır.

Qanunun 2023-cü ilin iyulunda qüvvəyə minməsi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər