8 C
Baku
Friday, December 13, 2024

Avropa Parlamenti “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığı genişləndirəcək

“Şərq Tərəfdaşlığı”nın əsas məqsədi Avropa İttifaqını tərəfdaşları ilə yaxınlaşdırmaq və əməkdaşlığı dərinləşdirməkdən ibarətdir”.

Bunu Avropa Parlamentinin sədri David Sassoli Avronest Parlament Assambleyasının IX sessiyasında çıxışında deyib.

Onun sözlərinə görə, növbəti “Şərq Tərəfdaşlığı” sammitində vətəndaşların rifahı və dayanıqlı inkişafa yönələn yeni baxış inkişaf etdiriləcək: “Yeni yanaşmalar, mexanizmlər və modellər işlənib hazırlana bilər. Sizi əmin edirəm ki, Avropa Parlamenti bu prosesə tam olaraq qoşulacaq. Biz bütün maraqlı tərəflərlə əməkdaşlığı gücləndirməyə hazırıq”.

Son xəbərlər
Digər xəbərlər