Avropa Parlamenti Avropa İttifaqı üzv dövlətlərini Aralıq dənizindəki davranışına görə Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.
Banker.az bu barədə “TASS” agentliyinə istinadən xəbər verir.
Xatırladaq ki, sənədlə bağlı səsvermə Avropa Parlamentinin Brüsseldəki plenar iclasında baş tutub.
Bildirilir ki, qətnaməyə 631 deputat səs verib, əleyhinə – 3. “Parlament üzvləri Avropa Şurasını Türkiyənin qanunsuz fəaliyyəti ilə bağlı vahid mövqe tutmağa və buna cavab olaraq sərt sanksiyalar tətbiq etməyə çağırırlar”, – sənəddə deyilir.
Qətnamə Türkiyənin Kiprin işğal altındakı ərazilərində keçmiş Varoşa kurort zonasını “açmaq” qərarının bu problemin həlli perspektivlərini sarsıtdığını vurğulayır.
Eyni zamanda sənəddə Ankaranın Aralıq dənizi, Liviya və Suriyadakı hərəkətləri sayəsində Avropa İttifaqı ilə Türkiyə arasındakı münasibətlərin “tarixi minimuma” çatdığı qeyd edilir. Avropa İttifaqı və Türkiyə münasibətləri 10-11 dekabr sammitində diqqət mərkəzində olan mövzulardan biri olacaq.