Avropa Parlamenti Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyən qətnamə qəbul edib.
Bu barədə qurumdan bildirilib.
Qeyd olunub ki, sənəddə Rusiyanın hərbi əməliyyatları dərhal dayandırmasının, habelə qoşun və texnikasını Ukraynadan çıxarmasının vacibliyi vurğulanıb.
Sənəddə, həmçinin Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə dəstək ifadə olunub.
Avropalı deputatlar, eyni zamanda, Kiyevə hərbi yardımın artırılmasının vacibliyini qeyd ediblər.
Parlamentarilər Aİ-yə üzv dövlətlərin zirehli döyüş maşınları və zirehli transportyorlar, müdafiə sistemləri və döyüş sursatları vermək qərarını dəstəkləyiblər.
Bundan başqa, sənəddə Ukraynanın yenidənqurulmasına dəstək əks olunub.
Qeyd edək ki, 489 deputat qətnamənin leyhinə, 36 deputat əleyhinə səs verib. 49 deputat bitərəf qalıb.
Xatırladaq ki, sabah – fevralın 3-də növbəti Aİ-Ukrayna sammiti keçiriləcək.